Lempard millidəki karyerasını bitirdi
26.08.2014 - 19:28
Lempard millidəki karyerasını bitirdi

İcarə əsasında “Mançester Siti” klubunda çıxış edən Frenk Lempard İngiltərə millisində çıxışlarını başa vurmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi millidə 1999-cu ildən çıxış edir.

 

Futbolçu bu qərarı qəbul etməyin onun üçün çətin olduğunu vurğulayıb: “Məhz bu səbəbdən də dünya çempionatı başa çatandan sonra bu qədər düşündüm. Əminəm ki, baş məşqçi Roy Xocsonun komandaya cəlb etdiyi gənc oyunçular ingilis futbolunun gələcəyini təmin edəcəklər”.

 

Lempard milli komandanın heyətində keçirdiyi 106 oyunda 29 qol vurub. “Nyu-York Siti” ilə müqavilə bağlayan futbolçu millinin heyətində sonuncu oyununu dünya çempionatında Kosta-Rikaya qarşı keçirib.

 

 

0