Berluskoni “Milan”a EtoO-nu almağı qadağan etdi
26.08.2014 - 21:57
Berluskoni “Milan”a EtoO-nu almağı qadağan etdi

“Milan” futbol klubunun prezidenti Silvio Berluskoni komanda rəhbərliyinə kamerunlu hücumçu Samuel EtoO ilə müqavilə imzalamağa icazə verməyib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu 1 illik müqavilənin şərtləri ilə bağlı razılığa gəlsə də, Berluskoni son anda işə qarışaraq EtoO ilə müqaviləni qadağan edib.

 

Qeyd edək ki, hazırda ötən mövsüm “Çelsi”nin şərəfini qoruyan EtoO-nun “Everton”la danışıqlar apardığı vurğulanır.

 

0