Venqer “Beşiktaş”la oyundan çəkinir
27.08.2014 - 03:29
Venqer “Beşiktaş”la oyundan çəkinir

İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer Çempionlar Liqasının kvalifikasiya mərhələsinin pley-off raundunda “Beşiktaş”a qarşı cavab oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, Venqer narahat olduğunu gizlətməyib.

 

Xatırladaq ki, bu kimandalar arasında İstanbulda keçən ilk görüş 0:0 hesabı ilə başa çatıb. Fransalı mütəxəssis cavab görüşündə hər şeyim baş verə biləcəyini qeyd edib: “Zamanında Avropanın ə böyük klublarının 99 faizi kvalifikasiya mərhələsində ələnib. Amma sözsüz ki, biz növbəti mərhələyə keçmək istəyirik. Biz qərarlıyıq. Bizi doğma divarlar arasında oyun gözləyir və qələbəyə köklənmişik, qalib gəlmək istəyirik. Məqsəd müəyyən edilib. Biz məqsədə çata biləcəyimizi də bilirik. İndi işə keçmək lazımdır. Belə oyunlarda əsas rollardan birini təcrübə oynayır. Bizim böyük təcrübəmiz var və gərgin matçlarda ilk dəfə oynamırıq. Bu, oyun günü xeyrimizə ola bilər. Amma ən əsas şey oyunun keyfiyyəti olacaq”.

 

 

0