“Qarabağ” Hollandiyaya çatdı
27.08.2014 - 08:00
“Qarabağ” Hollandiyaya çatdı

Avqustun 28-də Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq “Qarabağ” Hollandiyadadır. Apasport.az saytının məlumatına görə, Enshedenin “Rvente” klubu ilə görüşəcək Ağdam təmsilçisi matçın keçiriləcəyi məkana çatıb.

 

Avqustun 26-da saat 15:00-da Bakıdan ayrılan Azərbaycan çempionu təxminən 5 saat-yarımlıq uçuşdan sonra Almaniyanın Münster şəhərinə çatıb. Orada avtobusla Hollandiyaya yollanan təmsilçimiz Enshedeyə yollanıb.

 

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 28-də saat 22:30-da baş tutacaq

0