[b]Çempionlar Liqasınin bütün iştirakçıları bəlli oldu[/b]
28.08.2014 - 01:40
[b]Çempionlar Liqasınin bütün iştirakçıları bəlli oldu[/b]

Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, pley-offun son 5 oyunu ilə qrup mərhələsinin iştirakçıları bəlli olub.

 

Azərbaycan azarkeşlərinin diqqəti Londona yönəlib. Qardaş Türkiyənin “Beşiktaş” klubu öz meydanında məğlub edə bilmədiyi “Arsenal”ın qonağı olub. İstanbul təmsilçisi səfərdə 1:0 hesabı ilə məğlub olaraq, turniri tərk edib.

 

“Qarabağ”ın qənimi “Zalsburq” və "Styaua" evdə qazandıqları üstünlüyü səfərdə qorumağa çalışsalar da, buna nail ola bilməyiblər. “Bayer” isə əksinə, rəqib meydanında qazandığı qələbədən sonra ev matçına rahat çıxib və böyük hesablı qələbə qazanıb. İspaniyada isə “Böyük beşlik” çempionatlarını təmsil edən iki komanda qarşılaşib. “Atletik” öz meydanında “Napoli”ni 3:1 hesabı ilə məğlub edib.

 

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

 

“Malmö” (İsveç) - “Zalsburq” (Avstriya) - 3:0

Qollar: Rosenberg, 11; 84, Eriksson, 19

İlk oyun - 1:2 

“Ludoqorets” (Bolqarıstan) - “Styaua” (Rumıniya) - 1:0

Qol: Vanderson, 90

Penaltilər: 6:5

İlk oyun - 0:1


“Arsenal” (İngiltərə) - “Beşiktaş” (Türkiyə) - 1:0

Qol: Sançes, 45

İlk oyun - 0:0


“Bayer” (Almaniya) - “Kopenhagen” (Danimarka) - 4:0

Qollar: Son, 2; Calhanoglu, 7; Kiessling, 31; 66

İlk oyun - 3:2


“Atletik” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1

Qollar: Aduriz, 61; 69 - Hamsik, 47; Gomez, 74

İlk oyun - 1:1
 

 

0