Bonitta mundialda “azərbaycanlılara” ehtiyac duydu - FOTO
27.08.2014 - 08:56
Bonitta mundialda “azərbaycanlılara” ehtiyac duydu - FOTO

Qadın voleybolçulardan ibarət İtaliya millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Marko Bonittanın dünya çempionatı üçün müəyyənləşdirdiyi “22-liyə” 2 “azərbaycanlı” cəlb edib.

 

Sentyabrın 23-də start götürəcək mundialda “Rabitə”nin yeni transferi, az öncə əməliyyat olunan Françeska Ferretti və 2014/2015 mövsümündə “Lokomotiv”in şərəfini qoruyacaq Valentina Arriqetti meydana çıxmaq şansı qazana bilər.

 

İtaliya ev sahibliyi edəcəyi yarışda Argentina, Dominikan Respublikası, Almaniya, Xorvatiya və Türkiyə ilə eyni qrupda yer alıb.

 

İtaliya millisinin heyəti

Toppaylayıcılar: Eleonora Lo Byanko, Françeska Ferretti, Noemi Siqnorile, Ofelya Malinov

 

Blokçular: Sara Bonifasio, Rafaela Folye, Kristina Çirçella, Valentina Arriqetti

 

Hücumçular: Nadya Sentoni, Valentina Dyouf, Serena Ortolani, Sara Loda, Valentina Fiorin, Françeska Piççinini, Antonella Del Kore, Katerina Bosetti, Karolina Kostaqrande, İndre Sorokayte

 

Libero: Paola Kardullo, Enrika Merlo, Monika De Gennaro, Stefanya Sansonna

0