[b]“Qadın klublarını çalışdırmaq xoşuma gəlir”[/b]
27.08.2014 - 09:39
[b]“Qadın klublarını çalışdırmaq xoşuma gəlir”[/b]

“Bu təklifi qəbul etməyimin əsas səbəbi komandanın güclü və istəkli olmasıdır. Burada ABŞ millisinin voleybolçuları, həmçinin avrokuboklarda çıxış etmiş oyunçular var. Onların çoxu böyük komandalarda çıxış etmiş ulduzlardır”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın yeni baş məşqçisi Aleksandr Rivetti deyib.

 

Braziliyalı mütəxəssis Bakı klubu ilə müqavilə imzalamasına münasibət bildirib. Onun sözlərinə görə, ilk dəfə ölkə xaricində işləməklə karyerasında yeni səhifə açacaq: “Ölkə xaricində çalışmaq imkanımın olması əladır. Bu təcrübə mənim həm şəxsi, həm də karyeramda faydalı olacaq. Bu, peşəkar kimi də inkişafıma təkan verəcək”.

 

2014/2015 mövsümündə “İqtisadçı”nı çalışdıracaq mütəxəssis 6 il kişi klubları ilə işlədikdən sonra yenidən qadın komandası ilə anlaşmasını müsbət qiymətləndirib. O bildirib ki, bunun üçün çox xoşbəxtdir: “Mən yenidən qadın voleyboluna qayıtmağıma şadam. Məşqçilik karyeram böyük hissəsi qadın voleybolu ilə bağlıdır. Bu sahədə böyük təcrübəm var. Qadın klublarını çalışdırmaq xoşuma gəlir. Sevinirəm ki, yenidən yaxşı bir komandada məşqçilik edəcəm”.

0