Avstriyada ikinci qələbə
27.08.2014 - 09:50
Avstriyada ikinci qələbə

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığmamız ikinci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Kapfenberq” (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

 

Komandamızın hər iki qolunu “Qəbələ”nin futbolçusu Fərid Nəbiyev vurub.

 

Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Təbriz Həsənovun yetirmələri Avstriyanın “Zimmerinq” klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.

Mənbə: affa.az

0