Darril Laxman: Azərbaycan kimi xarici ölkələrdə oynayırıq
27.08.2014 - 11:07
Darril Laxman: Azərbaycan kimi xarici ölkələrdə oynayırıq

“Avrokubokda oynamaq mənim üçün xüsusi önəm daşıyır”. Apasport.az saytının məlumatına görə, bunu “Tvente”nin mərkəz müdafiəçisi Darril Laxman deyib.

 

“Tvente”nin yeni transferi “Qarabağ”la Avroliqanın pley-off mərhələsinin ilk oyununda 90 dəqiqə mübarizə apardı. 24 yaşlı futbolçu cavab qarşılaşması haqqında qısaca belə danışıb: “Belə matçlarda futbolçu kimi yalnız inkişaf edə bilərik. Bundan başqa, Azərbaycan kimi xarici ölkələrdə oynayırıq. Belədə avrokuboklarda nəyə qadir olduğunuzu görmək imkanımız olur”.

 

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Görüş 30206 tamaşaçı tutumu olan “Qrols Veste” stadionunda keçiriləcək. 

0