[b]“Xəzər Lənkəran”da sensasion istefa[/b]
27.08.2014 - 13:53
[b]“Xəzər Lənkəran”da sensasion istefa[/b]

“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev istefa verib. Bu barədə məlumatı apasport.az saytına sabiq klub rəsmisinin özü verib.

 

O bildirib ki, uzun illərdir fəaliyyət göstərdiyi klubdan ayrılmağa qərar verib. Mustafayev istefasının səbəbini açıqlamayıb.

 

Qeyd edək ki, o, “Xəzər Lənkəran”ın yarandığı 2004-cü ildən klubda müxtəlif vəzifələrdə çalışıb. Mustafayev 2008-ci ildən sonra isə klubun rəisi kimi fəaliyyət göstərib.

0