Sloveniya millimizi darmadağın etdi
27.08.2014 - 13:59
Sloveniya millimizi darmadağın etdi

Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, sloveniyalı həmyaşıdları ilə qarşılaşan Mirbağır İsayevin yetirmələri 0:4 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, artıq ölkəmizə geri qayıdan millimiz bundan öncə Sloveniyada yerli “Triqlav” klubunun U-19 (4:0) və “Udineze”nin U-17 (1:2) komandaları ilə gücünü sınamışdı.

0