Saşa Stamenkoviç: Bizə və “Partizan”a problem yaranacaq
27.08.2014 - 14:13
Saşa Stamenkoviç: Bizə və “Partizan”a problem yaranacaq

“Oyuna hazırlaşırıq. Yenicə məşqdən evə gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.

 

Stamenkoviç ölkəsinin mətbuatına verdiyi müsahibədə Bakıdakı hava şəraitindən narazılığını bildirib: “Dünən 35 dərəcə isti vardı, rütubət isə 90 faizdən çox idi. Bu rütubət adamı öldürür… İki aydır ki, yağış yağmır... Mən buna nə edə bilərəm? Oyunçulara daha da çətindir, çünki onlar qaçmalıdır və... Mən isə sabah meydanda olmalıyam, üstəlik, “Partizan”a qarşı... Sözsüz ki, hava şəraiti bizə və “Partizan”a problem yaradacaq...”

 

“Partizan”ın əzəli rəqibi olan “Srvena Zvezda”dan “Neftçi”yə keçmiş Stamenkoviç “Bakcell Arena”da oynamayacaqlarına görə təəssüfləndiyini söyləyib: “Təəssüf ki, öz meydanımızda oynamayacağıq. Orda publika meydançaya daha yaxın olur... Allah bilir, sabah oyun necə olacaq... İstərdim ki, hesab 1:0 və ya 2:1 olsun. Bu nəticələr bizi Avroliqanın qrupuna çıxaracaq. Baxaq, görək, necə olur...”

 

29 yaşlı qapıçı bununla belə, meydanda “Partizan”ın ən böyük rəqibinin elə “Neftçi” olduğunu bildirib: “Hamı ilk oyunun nəticəsindən narazıdır. Çünki hesabda 2:0 öndə olduğumuz halda, 2:3 uduzduq... “Neftçi” müdafiə olunmağı bacarır! Amma biz həmişə hücumda oynayırıq. Belqradda biz “Partizan”ı səhv buraxmağa məcbur etdik. Bu, asan olmadı. Amma “Partizan” qalib gəlməklə yaxşı komanda olduğunu göstərdi. Sabah bizə minimal hesablı qələbə kifayət edəcək. Əminəm ki, Belqraddakı kimi olmayacaq... Sabah “Partizan”ın ən böyük rəqibi nə temperatur, nə rütubət, nə də 30 min azarkeş yox, elə “Neftçi” futbolçuları olacaq”.

 

0