[b]“Partizan” Bakıya 19 futbolçu ilə gəldi[/b]
27.08.2014 - 15:37
[b]“Partizan” Bakıya 19 futbolçu ilə gəldi[/b]

Serbiyanın “Partizan” klubu yerli vaxtla saat 09:00-da Nikola Tesla adına Belqrad Hava Limanından birbaşa Bakıya hərəkət edib. Apasport.az saytının məlumatına görə, Belqrad klubu Air Serbia şirkətinə məxsus çarter reysi ilə ölkəmizə gəlib.

 

Komanda klub prezidenti Draqan Curiç başda olmaqla bura təşrif buyurub. Baş məşqçi Marko Nikoliç məşqlərə yenicə başlayan monteneqrolu Vladimir Volkovu Bakıya gətirməyi lazım bilməyib. Nikoliç 19 futbolçunu Bakıya gətirib.

 

Qapıçılar: Milan Lukaç, Jivko Jivkoviç;

 

Müdafiəçilər: Miroslav Vuliçeviç, Nikola Qulan, Miloş Ostoyiç, Nemanya Petroviç, Voyislav Stankoviç, Branko İliç;

 

Yarımmüdafiəçilər: Saşa İliç, Petar Qrbiç, Darko Braşanats, Nikola Drinçiç, Andriya Jivkoviç, Danilo Pantiç, Nikola Ninkoviç, Saşa Markoviç;

 

Hücumçular: Danko Lazoviç, Petar Şkuletiç, İsmael Fofana.

 

Qeyd edək ki, serbləri qorxudan məqam 3 saatlıq fərqin olmasından başqa, Bakıda təxminən 35 dərəcə temperaturun və yüksək faizdə rütubətin olmasıdır. Sabah saat 21:00-da başlayacaq görüşü Serbiyanın RTS telekanalı da canlı yayınlayacaq.

0