“Bu sevinci onlara bir daha yaşatmaq niyyətindəyik
27.08.2014 - 15:52
“Bu sevinci onlara bir daha yaşatmaq niyyətindəyik

"Partizan"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdıq və rəqibin oyununa bələdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nun futbolçusu Mirhüseyn Seyidov deyib.

 

Yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin Serbiya "Partizan"ı ilə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb: “Serblər əvvəlki ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır. Meydanda bütün gücümüzü qoyacağıq. "Partizan" səfərdə oynadığını matç başlayandan son dəqiqələrə qədər hiss etməlidir. Azarkeşlərin də dəstəyi sayəsində qalib gələ bilərik. APOEL ilə səfər qələbəsindən sonrakı sevinci xalqımıza bir daha yaşatmaq niyyətindəyik".

 

Mənbə: neftchipfk.com

0