[b]Azərbaycan yığmasında 25 futbolçu[/b]
27.08.2014 - 16:22
[b]Azərbaycan yığmasında 25 futbolçu[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert Avropa çempionatının seçmə mərhələsinin son iki oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

 

Sentyabrın 3-də Bakıda İsrail, 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq komandamıza 25 oyunçu cəlb olunub: Tərzin Cahangirov, Bəxtiyar Həsənalızadə, Şahrudin Maqomedaliyev, Məhəmməd Qurbanov, Ceyhun Cavadov, Andrey Popoviç, Slavik Alxasov        (hamısı “Sumqayıt”), Tərlan Quliyev, Şəhriyar Əliyev, Hacı Əhmədov, Namik Ələskərov (hamısı “Qarabağ”), Abdulla Abasiyev, Azər Salahlı, Fuad Bayramov      (hamısı “İnter”), Elşən Abdullayev, Samir Məsimov, Məqsəd İsayev (hamısı “Neftçi”), Rəşad Eyyubov, Vadim Abdullayev (hər ikisi “Simurq”), Ağabala Ramazanov, Orxan Sadıqlı (hər ikisi “Xəzər Lənkəran”), Urfan Abbasov (“Qəbələ”), Rəhman Hacıyev (“Qaziantep BB”), Taşkın İlter (“Ayntraxt”, Braunşveyq, Almaniya), Tuğrul Erat (“Fortuna”, Düsseldorf, Almaniya).

Mənbə: affa.az

0