Topaz Premyer Liqasında IV turun iki oyunu canlı yayımda
27.08.2014 - 16:54
Topaz Premyer Liqasında IV turun iki oyunu canlı yayımda

Topaz Premyer Liqasının IV turunun 2 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, "İdman Azərbaycan" kanalı həftəsonu baş tutacaq turun görüşlərindən ikisini azarkeşlərə nümayiş etdirəcək.

 

Avqustun 30-da “Qəbələ” – AZAL matçı televiziya ilə yayımlanacaq. Ertəsi gün isə tamaşaçılar “Neftçi” – “Simurq” görüşünə baxmaq imkanı qazanacaq.

 

 

Mənbə: pfl.az

0