Çexiyalı hücumçu rəsmən “Simurq”da - FOTO
27.08.2014 - 17:11
Çexiyalı hücumçu rəsmən “Simurq”da - FOTO

Transfer çalışmalarını davam etdirən “Simurq” hücum xəttini gücləndirib. Apasport.az saytının məlumatına görə, klub Sloveniya toplanışında baxışda olan və 2 qarşılaşmada fərqlənməyi bacaran Lukaş Trjeşnyakla “1+1” sistemi əsasında rəsmi müqavilə bağlayıb.

 

26 yaşlı çexiyalı futbolçu Zaqatala təmsilçisinin heyətində “9” nömrəli formanı geyinəcək. 

 

Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq Lukaş Trjeşnyak artıq komanda ilə məşqlərə başlayıb. Baş məşqçi “Neftçi” ilə oyunda şans versə, yeni transfer meydana çıxacaq. 

0