[b]Tahir Süleymanov: Belə tox komandanı Bakıdan əliboş yola salmaq lazımdır[/b]
27.08.2014 - 17:33
[b]Tahir Süleymanov: Belə tox komandanı Bakıdan əliboş yola salmaq lazımdır[/b]

“Çox təəssüf ki, “Partizan” kimi Avropanın məşhur klubu maliyyə problemi ilə üzləşibmiş kimi Serbiya mətbuatında qəsdən gündəmə gətirildi”. Bunu apasport.az saytına “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

 

Süleymanov Avroliqanın pley-off mərhələsinin ilk oyunundan öncə Serbiya mətbuatında “Partizan”ın maliyyə sıxıntısında olmasına münasibət bildirib.

 

“Neftçi” rəsmisinin sözlərinə görə, “Partizan”ı məhz bu yalanlarına görə Bakıdan məğlub göndərmək lazımdır: “Həmin vaxt bununla “Neftçi”yə müəyyən psixoloji basqı yaratmağa çalışdılar. Ancaq onların Bakıya çarter reysi ilə gəlməsi, paytaxtımızın ən bahalı otellərindən olan “Hilton”da qalmaları bu klubun maliyyə problemində olmamasından xəbər verir. Onlar Bakıya 45 klub heyəti, 30 jurnalist və digər nümayəndələrlə gəlib. Serbiyalı jurnalistlər “Qafqaz Siti”də məskunlaşacaq. Belə tox komandanı burdan necə lazımdırsa, əliboş yola salmaq lazımdır. İnşallah, biz buna nail olacağıq”.

 

Səbuhi TOFİQOĞLU

0