Xabi Alonso da millidən getdi
28.08.2014 - 00:07
Xabi Alonso da millidən getdi

 

“Real Madrid” klubunun yarımmüdafiəçisi Xabi Alonso İspaniya millisindəki karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, futbolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

 

32 yaşlı oyunçu İspaniya millisinin tərkibində 2010-cu il dünya çempionatında, 2008 və 2012-ci illər Avropa çempionatlarında qalib gəlib. 

 

Qeyd edək ki, bundan bir gün əvvəl ingilis Frenk Lempard da millidəki karyerasını başa vurduğunu açıqlayıb.

0