"Neftçi" yubiley matçında da uduzdu
28.08.2014 - 21:55
"Neftçi" yubiley matçında da uduzdu

Bu gün “Neftçi” Avropada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi Avropa Liqasının qrup mərhələsinə çıxmaq üçün son matçına çıxıb.

 

Serbiyanın “Partizan” klubu ilə Bakıdakı cavab oyunu paytaxt təmsilçisinin taleyinə aydınlıq gətirib. Avropada yoluna davam etmək, tarixində ikinci dəfə qrupda çıxış etmək üçün “Neftçi” qalib gəlməli idi. Amma komandamız öz müydanında 2:1 hesabı ilə məğlub olaraq, qrup mərhələsinin qapısından geri dönüb. 

 

"Neftçi" qapısından ikinci qolu buraxandan sonra iki komandanın oyunçuları arasında dava düşüb. Hakim əlbəyaxa davaya çıxdıqlarına görə "Neftçi"nin 2, "Partizan"ın isə 1 oyunçusuna qırmızı vərəqə göstərib.

 

Qeyd edək ki, bu oyun "Neftçi"nın avrokuboklarda yubiley - 50-ci oyunu olub.

 

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

28 avqust

"Neftçi" - "Parizan" (Serbiya) - 1:2

Qollar: Vobay, 58 - Şkuletiç, 24; 90 (+2)

Qırmızı vərəqə: Nfor ("Neftçi") 86; Ramos ("Neftçi") 90, Caue ("Neftçi"), 90; Şkuletiç ("Partizan"), 90

Baş hakim: Robert Şorgenhofer (Avstriya)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:3

 

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 11. Nikolas Kanales, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.

 


Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç, 17. Andrey Jivkoviç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 11. Nikola Ninkoviç, 21. Saça Markoviç, 22. Saşa İliç, 71, 10. İsmael Fofana, 55. Danilo Pantiç.
Baş məşqçi: Marko Nikoliç.

 

 

0