"Qarabağ" səhər saatlarında qayıdır
29.08.2014 - 01:31
"Qarabağ" səhər saatlarında qayıdır
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "Tvente" klubunu mübarizədən kənarlaşdırdı. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Bakıda rəqibi ilə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:1-lik hesab "atlılar"ı qrup mərhələsinə daşıyıb.
 
Təmsilçimiz artıq vətənə qayıtmağa hazırlaşır. "Qarabağ" bu gün 09:30-da Heydər Əliyev adına Beynəlxalq hava limanında olacaq.

 

0