Runi kapitan oldu
29.08.2014 - 03:05
Runi kapitan oldu

İngiltərə yığmasının baş məşqçisi Roy Hocson “Mançester Yunayted”in hücumçusu Ueyn Runinin milli komandanın kapitanı təyin edildiyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə Futbol Federasiyasının saytında bildirilir.

 

Futbolçu millinin kapitanı olmasının onun özü və ailəsi üçün əsl bayram olduğunu vurğulayıb: “Mən milli komandada çıxış edə bilmək üçün yüksək səviyyəyə çatmağa cəhd edirdim. Amma kapitan ola biləcəyim ağlıma belə gəlmirdi”.

 

Xatırladaq ki, bundan əvvəl uzun illər ərzində millinin kapitanı Stiven Cerard olub. Amma Cerard dünya çempionatından sonra millidəki karyerasını başa vurub.

 

 

0