[b]Azərbaycan çempionu 2-ci dəfə qrup mərhələsində[/b]
29.08.2014 - 10:16
[b]Azərbaycan çempionu 2-ci dəfə qrup mərhələsində[/b]

Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz avrokubokların qrup mərhələsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu uğura Ağdamın “Qarabağ” klubu imza atıb.

 

Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın “Tvente” klubunu səfər qolu sayəsində (0:0, 1:1) keçən ağdamlılar klub tarixində ilk dəfə qrupa yüksəlib. Azərbaycan çempionu 2012/13 mövsümündə eyni nailiyyətə imza atan “Neftçi”dən sonra ölkəmizin bunu bacaran ikinci komandası olub.

 

Maraqlıdır ki, “Qarabağ” da qrupa “Neftçi” kimi düşüb. Hər iki komanda Azərbaycan çempionu kimi yarışa başlayıb. Çempionlar Liqasının II təsnifat mərhələsini keçən təmsilçilərimiz növbəti raundda uduzub. Bundan sonra isə Avropa Liqasına yuvarlanan klublarımız ikinci dərəcəli turnirin pley-offunda sevinib.

 

İki il əvvəl Gürcüstan “Zestafoni”si (3:0, 2:2), İsrailin Kiryat-Şmona “Hapoel”i (0:4, 2:2) və Kipr APOEL-i (1:1, 3:1) ilə matçlardan sonra qrupa düşmüşdü. “Qarabağ” isə Malta “Valletta”sı (1:0, 4:0), Avstriya “Zalsburq”u (2:1, 0:2) və Hollandiya “Tvente”si ilə (0:0, 1:1) görüşlərdən sonra qrupa çıxıb.

0