Sadıq Sadıqov: Bu, xalqımızın uğuru baxımından böyük nailiyyətdir
29.08.2014 - 10:31
Sadıq Sadıqov: Bu, xalqımızın uğuru baxımından böyük nailiyyətdir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə son anda eyni uğuru yaşamaq şansını əldən verən “Neftçi”  rəhbərliyi də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun prezidenti Sadıq Sadıqov Ağdam təmsilçisini təbrik edib.

 

Sadıqov “Qarabağ”ın prezidenti Abdulbari Gözələ təbrik məktubu ünvanlayıb: “Neftçi” klubunun kollektivi adından Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə sizi və rəhbərlik etdiyiniz “Qarabağ”ın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma "Qarabağ"ımızın Avropanın böyük futbol ailəsi – Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram”.

 

Mənbə: neftchipfk.com

 

0