Millimizdən 6 qol
29.08.2014 - 10:50
Millimizdən 6 qol

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üçüncü yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz "Şturm" (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşıb.

 

Yığmamız bu oyunda 6:0 hesabı ilə qələbə qazanıb. Nadir Qasımovun het-trik etdiyi oyunda hərəyə bir dəfə Pilağa Mehdiyev, Fərid Nəbiyev və Samir Əliyev fərqlənib.

 

Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandasını isə 2:1 hesabı ilə məğlub etmişdi.

 

Mənbə: affa.az

0