“Qarabağ”ın debütü sentyabrın 18-də baş tutacaq
29.08.2014 - 11:37
“Qarabağ”ın debütü sentyabrın 18-də baş tutacaq

Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilmə tarixi məlumdur. Apasport.az saytının məlumatına görə, hələ 2013-cü ilin dekabrında təsdiqlənən təqvimə əsasən Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi matçların günləri bəllidir.

 

“Qarabağ” ilk qrup oyununu sentyabrın 18-də keçirəcək. Ağdamlılar avrokubokların əsas mərhələsində debütdən 2 həftə sonra – oktyabrın 2-də II turun matçına çıxacaq. Həmin ayın 23-də isə birinci dövrəyə yekun vurulacaq.

 

Noyabrın 6-da və 27-də növbəti matçlarını keçirəcək “Qarabağ” qrup mərhələsini dekabrın 11-də başa vuracaq. Əgər Qurban Qurbanovun yetirmələri tarix yazıb qrupdan çıxsa, 1/16 finalın püşkatmasına qatılacaq. Bu tədbir isə dekabrın 15-də olacaq.

 

0