17 futbolçumuz Moldovaya gedəcək
29.08.2014 - 15:32
17 futbolçumuz Moldovaya gedəcək

Avqustun 31-dən sentyabrın 7-dək Moldovada 17 yaşadək qızlardan ibarət yığmamızın təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplanışa 17 futbolçu dəvət olunub.

Moldovoya gedəcək futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Günay İsmayılova (“Fidan”), Nərmin Rəhmanova, Ayşən Əhmədova, Roza Quliyeva, Sanay Fətullayeva, Firəngiz Teymurova (hamısı “Səbayil”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Zəhra İncəoğlu, Alina Mixaelis, Mərvə Özdəmir (“Ayntraxt”, Almaniya), Vüsalə Hacıyeva (Tovuz), Manə Mollayeva, Kristina Bakarandze, Ana Romançuki (hər üçü “Zaqatala”), Diana Məmmədova (“Yenisey”, Rusiya), Uyğun Dilgə (“Frankfurt”, Almaniya), Vüsalə Seyfəddinova (Şəki).

0