[b]İlklərlə əlamətdar rəqiblər[/b]
29.08.2014 - 16:33
[b]İlklərlə əlamətdar rəqiblər[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri klublarımız üçün tanış ölkələri təmsil edən komandalardır. Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”i ikinci dəfə ölkəmizə gələcəksə, Ukrayna “Dnepr”i və Fransa “Sent-Etyenn”i ilə indiyədək qarşılaşmamışıq. Lakin bu ölkələrin təmsilçiləri də hərəyə 1 dəfə rəqibimiz olub.

 

İtaliya “İnter”i elə iki il əvvəl də təmsilçimizə rəqib olmuşdu. İlk dəfə qrupa çıxan “Neftçi” adlı-sanlı Milan klubundan 1 xal almışdı – 1:3, 2:2.

 

Daha bir ilk – Avropada mərhələ adlamağımız isə Fransa ilə duellə nəticələnmişdi. 1999/2000 mövsümündə İntertoto kubokunda tarix yazan “Qarabağ” II mərhələdə “Monpelye” ilə qarşılaşmışdı. Indiki rəqib – “Sent-Etyenn”in həmyerliləri hər iki matçda böyük hesabla qalib gəlib – 3:0, 6:0

 

Ukrayna təmsilçiləri ilə yeganə duel də həmin mövsümə təsadüf edib. Həmin vaxt “Şəmkir”lə “Krivbass” qarşılaşıb. Ukraynalılar hər iki matçda qalib gəlib – 3:0, 2:0. Bu matçlar “Şəmkir”in Avropada ilk çıxışına təsadüf edib.

.

0