[b]“Neftçi” və “Qarabağ” arasında yarım xallıq fərq[/b]
29.08.2014 - 16:46
[b]“Neftçi” və “Qarabağ” arasında yarım xallıq fərq[/b]

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu həftə baş tutan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.

 

Bu siyahıda yer alan Azərbaycanın 7 komandası da xal hesabını artırıb. Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” ən yaxşı təmsilçimiz olaraq qalır. Hesabında 8,750 xal olan bakılılar Avropanın 176-cısıdır. Qrup mərhələsinə yüksələn və orada xal hesabını zənginləşdirmək imkanına malik “Qarabağ” yarım xal geri qalır. 8,250 xalı olan ağdamlılar 188-ci sıradadır. Qurban Qurbanovun yetirmələri pley-offdan əvvəlki 1 xallıq fərqi yarıbayarı azaldıb.

 

Digər klublarımızdan "İnter"  4,750 xalla 268-ci, "Xəzər Lənkəran" 4,000 xalla 300-cü, "Bakı" 3,000 xalla 348-ci, "Qəbələ" və AZAL isə hərəyə 2,500 xalla 372-ci yerə şəriklər

arasındadı.

 

Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya “Real”ı başçılıq edir - 143,599 xal.

 

0