Qurban Qurbanov: “İnter”in dünya futbolunda mövqeyi bəllidi
29.08.2014 - 18:00
Qurban Qurbanov: “İnter”in dünya futbolunda mövqeyi bəllidi


“Qarabağ” Avropa Liqasının qrup mərhələsində İtaliyadan “İnter”, Fransadan “Sent-Etyen” və Ukraynadan “Dnepr” klubları ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın rəsmi saytına verdiyi açıqlamada püşkü dəyərləndirib: “İnter”in dünya futbolunda mövqeyi bəllidi. Bunu müzakirə etməyə belə dəyməz. “Sent-Etyen” Fransanın ən titullu komandasıdı. Cari mövsümə də olduqca yaxşı başlayıblar. “Dnepr” isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmalar yaddaqalan olacaq”.

0