"Xәzәr Lәnkәran"dan 5 rəsmi vida
29.08.2014 - 21:32
"Xәzәr Lәnkәran"dan 5 rəsmi vida
"Xәzәr Lәnkәran"ın klubunun prezidenti Mais Mәnsimov komandadaxili iclas keçirib. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu mətbuat konfransı zamanı bildirib. 
 
Onun sözlərinə görə, Iclasda aşağıdakı qәrarlar qәbul olunub: komandanın rәisi Sәmәd Mustafayev, onun kömәkçisi Qulam Quliyev, menecer Mario Souza vəzifələrindən azad ediliblər, komandanın hücumçusu Mbilla Etame isə klubdan göndərilib.
 
Hәmçinin U-19 komandasının baş mәşqçisi Emin Quliyev vәzifәsindən azad edilib.
 
"Xəzər Lənkəran" klubu komandadan ayrılanların hamısına gələcək işlərində uğurlar arzulayıb.
0