Oğuz Çәtin: Qələbəyə ehtiyacımız vardı
29.08.2014 - 21:35
Oğuz Çәtin: Qələbəyə ehtiyacımız vardı
"Bizim bu qәlәbәyә ehtiyacımız var idi. Bunu qazandıq vә inanıram ki, ardı gәlәcәk". Apasport.az saytının məlumatına görə, bunu "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin "İnter" üzərində qələbədən sonra söyləyib.
 
Türkiyəli mütəxəssis bu tempdә davam etmәyin lazım olduğunu vurğulayıb: "Biz bu gün ruh yüksәkliyi ilә oyuna çıxdıq vә qәlәbәmizi qazandıq. Komandanın prezidenti Mais Mәnsimov bizә dәstәk verir. Biz dә onun etimadını doğrultduq. Hәr bir futbolçuya ayrı ayrılıqda tәşәkkür edirәm. Meydanda qәlәbә üçün hәr şey etdilәr. "Inter" kimi intizamlı komandaya qarşı belә oyun göstәrdiyimiz üçün şadam. Bu qәlәbә qarşıdakı oyunlara da tәsir edәcәk. Növbәti oyunumuz sәfәrdә olacaq. Qәlәbәmizin ardını gәyirmәk istәyirik".
 
"Ağ-yaşıllar"ın çalışdırıcısı Rauf Әliyevin çıxışına da münasibәt bildirib: "Rauf Әliyev oyundan oyuna artırır. Onun tәlim-mәşq toplanışına gec qoşulması vә uzun müddәt mәşqsiz qalması bәzi problemlәr yaradb. Yavaş-yavaş əsl Rauf Әliyevi meydanda görәcәkainiz".
 
Türkiyәli mәşqçi komandadakı hücumçu problemi haqqında isә bunları söylәyib:  "Bu barәdә müәyyәn düşüncәlәrimiz var. Yeni hücumçu әlbәttә lazımdır. Amma indiki vәziyyәtdә komanda yetәrli heyәtә malikdir. Yәni Mbilla vә Nildonu әvәzlәyәcәk digәr futbolçularımız var. İnanıram ki, qarşıdakı günlәrdә problemlәr yaşamayacağıq".
0