Kaxaber Sxadadze: Bu oyun onların dönüş üçün son şansı idi
29.08.2014 - 21:53
Kaxaber Sxadadze: Bu oyun onların dönüş üçün son şansı idi

 

“Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi” Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının IV turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”a məğlub olan “İnter” klubunun baş məşqçisi Kxaber Sxadadze deyib.

 

Gürcü mütəxəssis bu oyunun 3 oyunda 1 xal toplayan “Xəzər Lənkəran”a dönüş etmək üçün son şans olduğunu iddia edib: “Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi. Bir neçə yaxşı qol imkanı yaratdıq, lakin istifadə edə bilmədik. “Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına şans veriləcək”.

0