Xabi Alonso “Bavariya”da
29.08.2014 - 23:54
Xabi Alonso “Bavariya”da

 

“Real Madrid” klubunun yarımmüdafiəçisi Xabi Alonso “Bavariya”ya keçib. Apasport.az saytının məlumatına görə, bu barədə Münhen klubunun saytında bildirilir.

 

“Bu gündən etibarən Xabi Alonso komandamızda çıxış edəcək. “Real” və “Bavariya” bütün formallıqları yoluna qoyublar. Dünya və ikiqat Avropa çempionu 2 illik müqavilə bağlayıb” – deyz, xəbərdə bildirilir.

 

Qeyri-rəsmi məlumatlara görə, Alonsonun transferi “Bavariya”ya 10 milyon avroya başa gəlib. 

0