Pike və Şakira ikinci uşağı gözləyirlər
30.08.2014 - 00:51
Pike və Şakira ikinci uşağı gözləyirlər

 

“Barselona” və İspaniya yığmasının müdafiəçisi Jerar Pike ikinci dəfə ata olmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun sevgilisi Şakira bildirib.

 

Şakira sosial şəbəkədəki səhifəsində ikinci uşaqlarının olacağını xəbər verib: “Bizə xoş şeylər arzu edən hər bir şəxsə təşəkkür edirik”.

 

Xatırladaq ki, 2013-cü il yanvarın 22-də Pike və Şakiranın ilk öxladı dünyaya gəlib. Valideynləri onu Milan adlandırıblar.

 

 

0