“Milan” Torresi sıralarına qatdı
30.08.2014 - 02:46
“Milan” Torresi sıralarına qatdı

“Milan” və “Çelsi” ispaniyalı hücumçu Fernando Torresin 2 illik icarəsi ilə bağlı razılığa gəliblər. Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəsmi saytında xəbər təsdiq edilib.

 

Maraqlıdır ki, Torresin “Milan”dakı icarə müddəti 2016-cı ilə qədərdir. Həmin il futbolçunun “Çelsi” ilə müqaviləsi də başa çatır. Bu isə onun karyerasındakı London mərhələsinin başa çatması deməkdir.

 

İspaniyalı futbolçu “zadəganların” şərəfini 2011-ci ildən qoruyur. O, “Çelsi”də keçirdiyi 172 oyunda 45 qol vurub.

 

 

0