“Xəzər Lənkəran” milyonu keçdi
01.09.2014 - 09:28
“Xəzər Lənkəran” milyonu keçdi

Topaz Premyer Liqasının IV turunda “Xəzər Lənkəran”ın “İnter”ə qarşı keçirdiyi oyun maraqlı faktla əlamətdar olub. Apasport.az xəbər verir ki, Lənkəran şəhər mərkəzi stadionuna toplaşan stadionunun tribunalarına toplaşan fanatlar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.

 

Azərbaycan çempionatında debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan cənubluların matçlarını  oyunların protokollarına əsasən, 1 milyon 4 min 677 azarkeş izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.

 

Qeyd edək ki, 2010/11 mövsümün klubun tarixində tamaşaçı sayında rekordla yadda qalıb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdır.

 

 

Mövsüm

Turnir

Oyun

Tamaşaçılar

Orta tamaşaçı sayı

2004/05

Çempionat

17

91600

5388

2005/06

Çempionat

13

31717

2440

2006/07

Çempionat

12

87720

7310

2007/08

Çempionat

13

76500

5885

2008/09

Çempionat

13

104800

8062

2009/10

Çempionat

16

138440

8653

2010/11

Çempionat

16

158500

9906

2011/12

Çempionat**

16

123000

7688

2012/13

Çempionat

16

86400

5400

2013/14

Çempionat

18

89500

4972

2014/15

Çempionat

2

16500

8250

Turnirlər

Çempionat**

152

1004677

6610

 

 

 

 

 

“*” işarəsi tamaşaçısız keçirilən oyunların sayını göstərir.

 

0