Azərbaycanla oyun öncəsi Rusiya yığmasında yeni simalar
01.09.2014 - 09:36
Azərbaycanla oyun öncəsi Rusiya yığmasında yeni simalar

Sentyabrın 3-də millimizlə yoldaşlıq oyunu keçirəcək Rusiya yığmasının məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fabio Kapello daha 2 çalışdırıcını komandaya dəvət edib.

 

Bunlar Rusiya yığmasının sabiq futbolçuları Sergey Semak və İqor Simutenkovdur. Onlar millinin 2 gün sonra Azərbaycan, sentyabrın 8-də Lixtenşteynlə keçiriləcək görüşlərə hazırlıqda kömək edəcək. Lakin yeni çalışdırıcıların konkret hansı işi görəcəyi açıqlanmır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Oleq Paşinin Kapellodan dəvət almışdı. O, yığmamızla oyunda italiyalının köməkçisi funksiyasını yerinə yetirəcək.

 

 

 

 

0