Daha bir futbolçumuz Türkiyədə
01.09.2014 - 10:38
Daha bir futbolçumuz Türkiyədə

Azərbaycan millisinin daha bir futbolçusu karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev də Türkiyə klubuna keçib.

 

Hücumameylli orta sahə oyunçusu I liqa təmsilçisi “Elazığspor”a keçib. Müqavilə ilə “Neftçi”yə məxsus olan İmamverdiyev Türkiyə təmsilçisinə icarəyə verilib. Cavid qonşu ölkə klubu ilə 1 illik anlaşıb.

 

Keçidi “transfer pəncərəsi”nin son günü rəsmiləşdiyindən İmamverdiyev çempionatın ilk turunu buraxmalı olub. Onun oynamadığı görüşdə “Elazığspor” səfərdə “Osmanlıspor”a uduzub – 0:4.

 

Qeyd edək ki, Cavid cari mövsüm Türkiyədə çıxış edəcək 9-cu Azərbaycan təmsilçisidir.

0