[b]Amit Quluzadə Portuqaliya çempionatında debüt etdi[/b]
01.09.2014 - 10:48
[b]Amit Quluzadə Portuqaliya çempionatında debüt etdi[/b]

Portuqaliya çempionatının II liqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu tur Azərbaycan millisinin sabiq futbolçusu Amit Qulzuzadənin debütü ilə əlamətdar olub.

 

Lissabonun “Atletiko” klubunun şərəfini qoruyan yarımmüdafiəçi komandasının “Trofense” ilə səfər matçında meydana çıxıb. Start heyətində meydana çıxan Amit 28-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 37-ci dəqiqədə əvəzlənib. Bu qarşılaşmada “Atletiko” 0:2 hesabı ilə uduzub.

 

Bundan başqa, Amit ilk dəqiqələrdə də diqqət mərkəzinə düşüb. Belə ki, matçın ilk qol epizodunu da həmyerlimiz yaradıb. Lakin əlverişli vəziyyətdən yararlanmaması hesabın açılmasına imkan verməyib.

 

Qeyd edək ki, 5 oyundan sonra hesabında 5 xal olan lissabonlular 24 komanda arasında 16-cı pillədə qərarlaşıb.

 

 

0