Azərbaycan çempionatından Fransa klubuna keçdi - FOTO
01.09.2014 - 11:55
Azərbaycan çempionatından Fransa klubuna keçdi - FOTO

Bakının “Lokomotiv” klubunun sabiq voleybolçusu Kessidi Lixtman özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” uğursuz mövsümdən sonra müqaviləsini artırmadığı amerikalı hücumçu karyerasını Fransada davam etdirəcək.

 

Lixtman “Roçeville” ilə danışıqları müsbət yekunlaşdıraraq, 1 illik anlaşmaya imza atıb.

 

Qeyd edək ki, son mövsümü 5-ci yerdə bitirən “Lokomotiv” uğursuz transferləri bir-bir göndərib, onlara layiqli əvəzləyici tapmaqda da çətinlik çəkir. 

0