[b]“Böyük ehtimalla, “Neftçi”dən gedəcəm”[/b] - FOTO
01.09.2014 - 12:41
[b]“Böyük ehtimalla, “Neftçi”dən gedəcəm”[/b]   - FOTO

“Düzdü, “Neftçi” ilə yollarımız ayrılıb. Amma bu, hələ tam dəqiq deyil. Böyük ehtimalla, “Neftçi”dən gedəcəm”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hollandiyalı hücumçusu Melvin Platye öz ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

Son mövsümü icarə əsasında İsveçin “Kalmar” klubunda keçirən 25 yaşlı futbolçu Azərbaycan çempionatında tətbiq olunan legioner limitindən danışıb.

 

O, məhz buna görə ölkəmizdə özünü sübut edə bilmədiyini deyib: “Azərbaycan çempionatında oyunlarında bir komandanın heyətində meydana yalnız 5 legioner çıxa bilər. Belə olan halda, oynamaq çətindi. Ona görə də mənim üçün problem yarandı. İcarədə oynadım. “Neftçi”nin heyətində 13 əcnəbi futbolçu var idi. İndi oradan ayrılıram və özümə yeni klub axtaracam. Azad agent statusuna malik olacağam və klubların mənimlə müqavilə bağlaması asan olacaq”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının oyunları zamanı bir komandanın start heyətində meydana Platyenin dediyi kimi 5 yox, 6 legioner çıxa bilər.

 

 

 

 

0