“Krasnodar”ın futbolçusu millimizlə oyuna çağırıldı
01.09.2014 - 13:06
“Krasnodar”ın futbolçusu millimizlə oyuna çağırıldı

Sentyabrın 3-də Azərbaycan millisi ilə qarşılaşacaq Rusiya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın VI turunda zədələnən İqor Denisov yığmanın hazırlıqlarına qatılmayıb.

 

“Dinamo”nun yarımmüdafiəçisini Yuri Qazinski əvəzləyib. “Krasnodar”ın orta sahə oyunçusu ayın 3-də Azərbaycan, 8-də Lixtenşteynlə baş tutacaq oyunlara hazırlaşan milinin düşərgəsinə bu gün qatılacaq.

0