[b]Yığmamızın hücumçusu Almaniyada klubunu dəyişdi[/b]
01.09.2014 - 14:34
[b]Yığmamızın hücumçusu Almaniyada klubunu dəyişdi[/b]

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov yenidən klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, bu yay “Tsvaybrükken”ə keçən hücumçu bu komandada uzun müddət qalmayıb.

 

Klubda yaranan maliyyə problemləri “Saarbrukken”dən gələn təklifi dəyərləndirməyə məcbur edib. Regionalliqa təmsilçisi Rüfətlə iki illik müqavilə imzalayıb. Anlaşmaya əsasən Dadaşov 2016-cı il iyunun 30-dək bu komandanın formasını geyəcək.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu “Tsvaybrükken”ə qədər “Qonsenhaym” (2010-12) və “Kayzerslautern-2” (2012-14) komandalarında çıxış edib.

0