Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği bəlli oldu
01.09.2014 - 20:36
Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği bəlli oldu

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

- Birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

 

- İkinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

 

- Üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat. 

0