Radamel Falkao “Mançester Yunayted”i seçdi
01.09.2014 - 21:12
Radamel Falkao “Mançester Yunayted”i seçdi

“Monako”nun hücumçusu Radamel Falkao İngiltərəyə gəlib. Apasport.az saytının məlumatına görə, Kolumbiya milli komandasının ulduzu “Mançester Yunayted”lə yaxın günlərdə müqavilə imzalayacaq.

 

28 yaşlı forvardın yeni klubunda tibbi müayinədən keçəcəyi gözlənilir. Daha əvvəl hər iki klub arasında Falakonun bir illik icarəsi üçün razılaşma əldə olunub. Qeyri-rəsmi məlumatlara görə, Radamelin icarəsi “qırmızı şeytanlar”a 12 milyon funt-sterlinqə başa gəlib. Hücumçu isə yeni klubunda 200 min funt-sterlinq qazanacaq.

 

Qeyd edək ki, Radamel Falkao ilə daha əvvəl “Real”da maraqlanırdı. Onun “Kral klubu”na keçəcəyi gözlənilsə də, kolumbiyalı oyunçu “Mançester Yunayted”I seçdi.

0