Artyom Rebrov: Azərbaycanlılar müdafiədən oynayacaqlar
01.09.2014 - 23:00
Artyom Rebrov: Azərbaycanlılar müdafiədən oynayacaqlar

Milli komandamızla yoxlama görüşündə qüvvəsini sınayacaq Rusiya yığmasının qapıçısı Artyom Rebrov yerli mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Şimal qonşularımızın heyətində debüt oyununa hazırlaşan “Spartak”ın qolkiperi Berti Foqtsun yetirmələri ilə oyun öncəsi ehtiyatlı danışıb.

 

Rebrov millimizin müdafiədən oynayacaqlarını bildirib: “Azərbaycan yığması Avropanın ortabab komandasıdır. Yəqin ki, onlar müdafiədən oynayacaqlar və əks-hücumlara bel bağlayacaqlar. Amma biz hər oyuna, rəqibin gücünə baxmayaraq, maksimal dərəcədə məsuliyyətli yanaşacağıq. Təbii ki, komanda yalnız qələbəyə köklənir. Baxmayaraq ki, bu yoldaşlıq matçıdır”.

 

Qeyd edək ki, yerli mətbuat sentyabrın 3-də keçiriləcək görüşdə baş məşqçi Fabio Kapellonun Rebrova şans verəcəyini iddia edir. 

0