[b]“Azərbaycanla oyunda diqqətli olmalıyıq”[/b]
02.09.2014 - 00:40
[b]“Azərbaycanla oyunda diqqətli olmalıyıq”[/b]

Yığma komandamızın rəqibi Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun yeni köməkçisi Sergey Semak sentyabrın 3-də yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaqları millimizlə oyun haqda fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan “Zenit”in sabqi futbolçu Berti Foqtsun yetirmələrinin zəif rəqib olmadığını açıqlayıb.

 

38 yaşlı məşqçi komandasının diqqətli olmasını vurğulayıb: “Bizim rəqiblərimiz haqqında onu deyə bilərəm ki, artıq Avropada zəif komanda yoxdur. Buna görə maksimal dərəcədə diqqətli olmalıyıq. Azərbaycanla son rəsmi oyun (1:1) buna sübutdur. Bütün qarşılaşmalar bizim üçün rəsmi xarakter daşıyır və hədəfimiz yalnız qələbə əldə etməkdir.”

 

Qeyd edək ki, “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək. 

0