Abatsiyev hamını qabaqladı
02.09.2014 - 08:00
Abatsiyev hamını qabaqladı

“İnStat Football” şirkəti Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” - “İnter” oyunu (1:0) ilə bağlı statistik göstəriciləri meydan sahiblərinə təqdim edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin futbolçuları oyun ərzində ümumilikdə 107,3  kilometr məsafə qət edib.

 

Meydanda ən çox hərəkət edən 5 futbolçudan ibarət siyahıda isə yalnız legionerlər yer alıb. Ən çox qaçan 5 oyunçudan 3-ü milliləşən, 2-si milliləşməyən legionerdir. Yerlilər isə daha çox qaçmaqda onlardan geri qalır.

 

Adı

Məsafə

1

Abdulla Abatsiyev

11309 m

2

Derlis Meza Kolli

11116 m

3

Mikel Alvaro

10824 m

4

Məhəmməd Mirzəbəyov

10245 m

5

Arif Daşdəmirov

9961 m

 

Qeyd edək ki, ötən turda da ilk 5 pillədə eyni futbolçular yer almışdı.

0