Yığmamızdan “Uraloçka”ya növbəti zərbə
02.09.2014 - 08:28
Yığmamızdan “Uraloçka”ya növbəti zərbə

Dünya çempionatına hazırlaşan qadınlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Bakıda təlim-məşq toplanışında olan Rusiya “Uraloçka”sı ilə üçüncü dəfə üz-üzə gəliblər.  

 

Komandamız yenə rəqibindən güclü olub. İlk 2 matçda 3:0 hesabı ilə qalib gələn voleybolçularımız qonaqları bu dəfə 3:1 hesabı ilə məğlub ediblər.

0